Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“A.B.İ.” serialında şok ayrılıq baş verib. Serialın başrol ifaçısı, vəkil Çağla obrazını canlandıran Afra Saraçoğlu layihədən ayrılıb.
Tezadlar.az xəbər verir ki, serialda Afra Saraçoğlunun son səhnələrinin çəkilişləri dünən etibarilə tamamlanıb. Məşhur aktrisanın 17-ci bölümün finalı ilə həm komandaya, həm də izləyicilərinə vida edəcəyi bildirilir.
23 iyunda mövsüm finalı etməyə hazırlaşan serialda bu ayrılıq hekayənin gedişatını tamamilə alt-üst edəcək.
Kənann İmirzalıoğlunun canlandırdığı Doğan obrazı əvvəlcə atasını, indi isə həyatındakı ən mühüm sima olan Çağlanı itirərək dərin bir boşluğa düşəcək.
Bu hadisələrdən sonra serialda Doğan üçün daha qaranlıq, sərt və intiqam dolu bir dövr başlayacaq.
Serial yüksək reytinqlər toplasa da, başrol aktyorları arasındakı yaş fərqi sosial mediada ciddi müzakirələrə səbəb olmuşdu. 51 yaşlı Kənan İmirzalıoğlu ilə 28 yaşlı Afra Saraçoğlunun tərəf-müqabili olması bəzi izləyicilər tərəfindən fiziki uyumsuzluq kimi qiymətləndirilmiş və tənqid edilmişdi.