Avropa İttifaqı (AB) Şurasının sədri Antonio Kosta Rusiya-Ukrayna danışıqlarında AB-nin prioritetinin atəşkəs, Qara dənizdə naviqasiya azadlığı və sülh müqaviləsi üçün lazımi şərtlərin yaradılması olduğunu bildirib və əlavə edib: “Aydındır ki, öz təhlükəsizliyimiz Ukraynanın təhlükəsizliyindən asılıdır. Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.
Tezadlar.az xəbər verir ki, İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin (AİB) 9-cu Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Kosta sammitin əsas mövzusunun Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsi olduğunu bildirib.
Danışıqlarda Avropanın prioritetinin atəşkəs, Qara dənizdə naviqasiya azadlığı və sülh müqaviləsi üçün lazımi şərtlərin yaradılması olduğunu bildirən Kosta Rusiyanın sülhə hazır olduğuna dair heç bir işarə vermədiyini iddia edib.
Kosta Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərin artdığını qeyd edərək, Avropada təhlükəsizliyin bərpasını təmin edəcək sülhün aydın prinsiplərə əsaslanmalı olduğunu vurğulayıb.
Kosta Ukraynanın öz gələcəyini sərbəst şəkildə seçə bilməli olduğunu, Avropanın qitə təhlükəsizliyinin gələcəyi ilə bağlı müzakirə masasında olmalı olduğunu və Avropa təhlükəsizlik arxitekturasının 1975-ci il Helsinki Yekun Aktında göstərilən prinsiplərə əsaslanmalı olduğunu bildirib. O, əlavə edib: “Aydındır ki, öz təhlükəsizliyimiz Ukraynanın təhlükəsizliyindən asılıdır. Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.
Danışıqlarda Avropanı kimin təmsil etməsi məsələsinə gəldikdə, Kosta bildirib ki, Avropa adından müxtəlif məsələlərdə danışıqlar aparmaq üçün düzgün insanlar var.
O qeyd edib ki, Ukraynanın ərazi məsələləri, AB-nin Ukraynanın Birliyə daxil olması kimi məsələlər və Könüllü Koalisiya ölkələrinin təhlükəsizlik zəmanətləri ilə bağlı danışması normaldır və əlavə edib ki, onlar danışıqlara hazırdırlar.
ELBAR







