Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 04:21

AB qaz təchizatçılarını əlavə yoxlamalardan azad etmək niyyətindədir –“Reuters”

1 yanvar tarixindən etibarən AB ölkələri Rusiya enerji təchizatından mərhələli şəkildə imtina etməyə başlayıblar

Avropa Birliyi Rusiyadan idxala qoyulan qadağa fonunda qaz təchizatçılarını əlavə yoxlamalardan azad etmək istəyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasının layihə sənədinə istinadən məlumat yayıb.

Qaz qadağasına riayət etmək üçün AB təchizatçılardan əvvəlcədən icazə tələb edəcək və bu icazə Avropaya gəlməzdən beş gün əvvəl təqdim edilməlidir. Bu sənəd qazın Rusiya qazı olmadığını təsdiqləyəcək.

Bu tələblər əsas təchizatçılara və AB-nin Rusiya qazı riskini istisna etdiyi ölkələrə şamil edilməyəcək. Bu ölkələrə Əlcəzair, Birləşmiş Krallıq, Qətər, Nigeriya, Norveç və ABŞ daxil ola bilər.

1 yanvar tarixindən etibarən AB ölkələri Rusiya enerji təchizatından mərhələli şəkildə imtina etməyə başlayıblar.

26 yanvar tarixində Avropa Birliyi Şurası Rusiya qazının boru kəmərləri vasitəsilə və LNG şəklində bloka bütün tədarükünə tam qadağa qoyub.

Qeyd olunub ki, Avropada qaz qiymətləri bir gündə 13,4% artıb. Bu artım pis hava şəraiti ilə əlaqədardır.

Qaz təchizatı baxımından Rusiya Aİ təchizatçıları arasında Norveç, ABŞ və Əlcəzairdən sonra dördüncü yerdə qərarlaşıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!