Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xüsusi nümayəndə Stiven Uitkoffun Rusiyaya səfərindən sonra Vaşinqton mənfi bəyanatla çıxış edə bilər.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio etiraf edib.
“Biz bunu gün ərzində müzakirə edəcəyik və ola bilsin, müəyyən açıqlamalar verəcəyik. Ola bilsin ki, müsbət olsun, ola bilsin, yox. Baxacağıq”, – ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.
O, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiçlə görüşündə bildirib.
Qeyd edək ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff bu gün, avqustun 6-da Moskvaya gəlib və burada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Bu səfər artıq 2025-ci ilin əvvəlindən amerikalı diplomat üçün Rusiyadakı beşinci səfərdir. Rubio Moskvaya səfərindən sonra Uitkoffa zəng edib.
Milli Xəbər Xidməti xəbər verir ki, görüş üç saata yaxın davam edib. Tərəflər ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin geniş spektrini nəzərdən keçirib, həmçinin mövcud silahlı münaqişələri müzakirə ediblər. “RT” xəbər verir ki, Rusiya liderinin köməkçisi Yuri Uşakov danışıqları məhsuldar və faydalı adlandırıb.
E.ŞİRİNOV