ABŞ Aİ və NATO-nun dağılmasının başladığını elan etdi

Oxunma sayı: 377

Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Alyansı (NATO) artan ziddiyyətlər səbəbindən artıq dağılır.

Tezadlar.az xəbər verir ki, birliklərin parçalanmasının başlandığını ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter X sosial şəbəkəsindəki səhifəsində elan edib.

“Aİ və NATO dağılır, biz reallıqla üzləşməli olacağıq”, – Ritter yazıb.

Keçmiş kəşfiyyatçı Rusiya tərəfindən tanınmayan Kosovonun Albaniya və Xorvatiya ilə hərbi ittifaq yaratdığına da diqqət çəkib. Ritter vurğulayıb ki, bu səbəbdən bütün dünyanın “Balkanlarda böyük problemləri var”.

Daha əvvəl Ritter bildirib ki, ABŞ prezidenti Donald Tramp Avropanı Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra atəşkəs ideyasını dəstəkləməyə məcbur etməklə, onu tələyə salıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May