ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının xarici yardımın dondurulmaması üçün müddəti təxirə salmaq tələbini təmin edib.
“ABŞ Ali Məhkəməsinin sədri Con Roberts federal hakimin Tramp administrasiyasının gələn həftəyə qədər 2 milyard dollara yaxın xarici yardım ödənişlərini bərpa etməsi tələbini müvəqqəti olaraq saxlayıb. Onun əmri mübahisəni həll etmir, lakin aşağı məhkəmənin səlahiyyətlərini aşması ilə bağlı administrasiyanın iddiasına baxmaq üçün yuxarı məhkəməyə vaxt verir”, – nəşr yazır.
Bundan əvvəl federal hakim ABŞ prezident administrasiyasına iki gün ərzində xarici yardımın dondurulmasını dayandırmağı əmr etmişdi. Qeyd olunur ki, fevralın ortalarında məhkəmə artıq Tramp administrasiyasına ödənişləri bərpa etmək göstərişi verib, lakin heç bir tədbir görülməyib.
Fevralın 19-da Rusiya prezidenti Vladimir Putin Trampın “məhkəmələr vasitəsilə sürükləndiyini”, onu cinayətkar kimi göstərməyə çalışdıqlarını, lakin ona qarşı ittihamlar təsdiqini tapmadığını bildirib.
ELBAR