Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 15:51

ABŞ bir səbəbə görə dünyada populyarlığını itirməyə başladı

Amerika prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ dünyada populyarlığını itirir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” 2025-ci il “Demokratiya Qavrama İndeksi”nə (DQİ) istinadən yazır.

“Respondentlərin əksəriyyəti Birləşmiş Ştatlara, ümumiyyətlə, mənfi münasibət bəsləyir, bu, keçən illə müqayisədə kəskin azalmadır”, – nəşr qeyd edib.

Tədqiqat 100 ölkədən 110 000-dən çox respondentin iştirakı ilə aparılıb və demokratiya, geosiyasi məsələlər və qlobal qüvvələrin qavranılmasına həsr olunub. DQİ-nin məlumatına görə, ABŞ-ın populyarlığı xüsusilə Avropa İttifaqının (Aİ) sakinləri arasında aşağı düşüb. Tədqiqatın müəlliflərindən biri, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “ABŞ haqqında təsəvvürlərin bu qədər kəskin şəkildə azalmasına təəccüblənmədiyini” deyib.

Araşdırmaya görə, Çin ilk dəfə qlobal reputasiyada ABŞ-ı geridə qoyub. Bundan əlavə, Rusiyanın populyarlığı getdikcə artır. Ayrı-ayrı liderlərin populyarlığına gəlincə, ABŞ prezidenti Donald Tramp 27 faiz, rusiyalı həmkarı Vladimir Putinin siyasəti isə respondentlərin 32 faizi tərəfindən müsbət qiymətləndirilib. Çin prezidenti Si Cinpinin dəstək səviyyəsi də 32 faiz təşkil edib.

Qeyd edək ki, yanvarda Rusiya 2025-ci ildə dünya ölkələrinin hərbi gücü reytinqində ikinci yeri tutub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!