Corciya, Kentukki və Qərbi Virciniya ştatlarında rekord miqdarda yağan yağışdan sonra çaylar öz sahillərini aşıb. Bir neçə yerli sakinin itkin düşdüyünü bildirən Qərbi Virciniya qubernatoru Patrick Morrisey onların sayını açıqlamayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Meteoroloqların hesablamalarına görə, Kentukkiyə həftəsonu 14 mm-dən çox yağış yağıb ki, bu da aylıq orta göstəricidən çoxdur. Daşqınlar ştatda, eləcə də Qərbi Virciniya, Pensilvaniya və Merilend ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Kesintilər 80 minə yaxın istehlakçıya təsir edib.
ELBAR