ABŞ-da hesab edirlər ki, Ukrayna ərazi güzəştinə getməlidir!

Oxunma sayı: 42

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müharibəni dayandırmaq üçün istənilən razılaşma Ukraynadan ərazi güzəştləri tələb edəcək. Tezadlar.az “The New York Times”ə istinadla bildirir ki, Ukrayna rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçarkən Rubio jurnalistlərə bildirib ki, Ukrayna və Rusiya “münaqişənin” həlli üçün çətin qərarlar qəbul etməyə hazır olmalıdırlar. Sitat: “Buradan ayrılacağımız ən vacib şey, rusların ağır işlər görməli olduqları kimi, Ukraynanın da ağır işlər görməyə hazır olmasıdır ki, bu “münaqişəyə” son qoyulsun və ya heç olmasa onu hansısa şəkildə dayandırsın.”
Lakin Rubio gələcək sülh sazişinin mümkün konturlarını açıqlamaqdan imtina edib, lakin sazişdə müharibənin hərbi həllinin olmadığını vurğulayıb.
“Ruslar bütün Ukraynanı fəth edə bilməz və aydındır ki, Ukrayna rusları 2014-cü ildə olduqları yerə qaytarmaq üçün istənilən ağlabatan müddətdə çox çətin anlar yaşayacaq”, – ABŞ dövlət katibi əlavə edib.
Qeyd edək ki, bu gün keçiriləcək danışıqlarda, hansı ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın tammiqyaslı işğalından sonra ABŞ-ın Ukraynaya hərbi dəstəyinə görə təzminat kimi tələb etdiyi Ukraynanın təbii sərvətlərinin istismarı iddiası da bu müzakirələrdə ortada olacaq.

A.Məmmədli

Xəbəri paylaş

30 Aprel