Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti müxtəlif ağır cinayətlərə görə saxlanılmış əcnəbilərin yer aldığı siyahını dərc edib. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, siyahıda Gürcüstanın iki vətəndaşı da yer alıb. Həmin şəxslər marixuananın satışı və narkotik vasitələrin saxlanılmasına görə məhkum olunublar. Elektron baza son 11 ay ərzində Miqrasiya Xidməti tərəfindən saxlanılmış əcnəbiləri əhatə edir. Siyahıya əsasən, saxlanılanların əksəriyyəti Latın Amerikası ölkələrinin vətəndaşlarıdır. Bununla yanaşı, siyahıda Ukraynanın 27, Ermənistanın 22, Azərbaycanın 3, Rusiyanın 18 və Belarusun 2 vətəndaşı da yer alıb.
Qeyd olunur ki, siyahıya Avropa İttifaqına üzv ölkələrin vətəndaşları da daxil edilib. Onların arasında ən çoxu — 85 nəfər — Rumıniya vətəndaşlarıdır. Eyni zamanda Fransa, Polşa, Portuqaliya, İspaniya, Almaniya və Yunanıstan vətəndaşları da siyahıda yer alır.