19 Noyabr 2025 / 08:49

ABŞ-dan siqnallar var: Zelenski Türkiyədə keçiriləcək görüşün təfərrüatlarını açıqladı

O, Ukraynanın məqsədinin ədalətli sülhə nail olmaq olduğunu vurğulayıb

Bu gün – 19 noyabr tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tezadlar.az xəbər verir ki, Zelenski bunu İspaniyanın Baş naziri Pedro Sançeslə mətbuat konfransı zamanı açıqlayıb.

“Onunla Ukraynanın ədalətli sülhə nail olmasını təmin etmək üçün mümkün olan maksimum imkanları müzakirə edəcəyik. Və bu, kifayət qədər məzmunlu bir söhbət olacaq. Türkiyə Prezidenti ilə yaxşı münasibətlərim var. ABŞ-dan bəzi mövqelər və siqnallar var. Sabah görəcəyik (bu gün – RED.)”, – deyə Zelenski bildirib.

Zelenski ilə liderlər arasında digər görüşlər

Daha əvvəl Prezident Vladimir Zelenskinin Fransa Prezidenti Emmanuel Makronla müqavilə imzaladığı bildirilirdi. Məlumata görə, müqavilədə Rafale qırıcı təyyarələrinin və ballistik raketləri ələ keçirə bilən SAMP/T hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsi nəzərdə tutulur.

Zelenski ilə görüşündən sonra İspaniyanın Baş naziri Pedro Sançes də Madridin Ukrayna üçün 615 milyon avro dəyərində yeni yardım paketi hazırladığını açıqladı. Bu maliyyənin bir hissəsi hərbi texnikaya, qalan hissəsi isə PURL və SAFE kimi beynəlxalq proqramlara xərclənəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!