Dünənki İrana hücumlardan sonra ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, xəbərdarlıq Ər-Riyaddakı ABŞ səfirliyi tərəfindən veriliv.
Səfirliyin yazılı açıqlamasında Yaxın Şərqdəki ABŞ vətəndaşlarının daha çox sayıq olmaları lazım olduğu bildirilir.
Məlumatda bölgədə gözlənilməz eskalasiya ehtimalına işarə edilərək, potensial hava məkanının bağlanması, uçuşların ləğvi və səyahət pozuntularına hazırlıqlı olmağa çağırılırdı.
Səfirliyin açıqlamasında gərginliyin yalnız Yaxın Şərqlə məhdudlaşmaya biləcəyi vurğulanırdı.
Mətndə ABŞ-ın bölgə xaricindəki diplomatik nümayəndəliklərinin də “hücum hədəfi” ola biləcəyi qeyd edildi və İran və İranpərəst qrupların ABŞ və ABŞ ilə əlaqəli yerləri, şirkətləri və qurumları dünya miqyasında hədəf ala biləcəyi təklif edildi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən axşam İran İnqilab Keşikçiləri Korpusunun hədəflərinə hücumlar başlatdığını açıqlayıb.
ELBAR







