ABŞ Demokratik Partiyası Baydenin yenidən siyasətə qayıtmasından narazıdır

Oxunma sayı: 386

ABŞ Demokrat Partiyasının nümayəndələri keçmiş prezident Co Baydenin yenidən siyasi səhnəyə qayıtmasından narazılıqlarını bildiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, narazılıq Baydenin 2024-cü il seçkilərində məğlubiyyətindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışından sonra güclənib. Partiya həmkarları hesab edirlər ki, eks-prezident aktiv siyasi fəaliyyətdən uzaqlaşmalı və yeni fiqurlara “yer açmalıdır”. Bəzi demokratlar deyirlər ki, Baydenin ictimai gündəmdə olması Donald Trampa hücum üçün daha çox fürsət verir.

Co Bayden əvvəlcə Demokratlar Partiyası tərəfindən 2024-cü il prezident seçkiləri üçün namizəd kimi irəli sürülüb. Lakin Donald Trampla uğursuz debatdan sonra onun yerini vitse-prezident Kamala Harris tutdu və o, son nəticədə, seçkidə məğlub oldu. Aprelin 16-da Bayden Ağ Evi tərk etdikdən sonra ilk çıxışını etdi.

Çıxışı zamanı o, Tramp administrasiyasını vəzifədə olduğu ilk 100 gündə “məhv etməkdə” ittiham edərək tənqid edib. Eyni zamanda, eks-prezident heç vaxt xələfinin adını çəkməyib, onu “o adam” adlandırıb.

E.ŞİRİNOV

 

Xəbəri paylaş

23 May