Əsas məzmuna keç

ABŞ Dövlət Departamentində kütləvi ixtisar: 1300 diplomat işdən çıxarıldı – Rusiya istehza etdi

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması və struktur islahatları çərçivəsində 1300 nəfər əməkdaş işdən azad edilib.

Tezadlar.az xəbər verir ki, bu addım Vaşinqtonun maliyyə yükünü azaltmaq üçün həyata keçirdiyi daha genişmiqyaslı islahat planlarının bir hissəsidir.

Hadisəyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehzalı münasibət bildirib:

“Gülməlidir ki, bütün bu illər ərzində məhz amerikalı diplomatlar dünyaya sübut etməyə çalışırdılar ki, insan hüquqları yalnız ABŞ-da kanonik şəkildə qorunur və hamı onlara bənzəməlidir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…