20 Noyabr 2025 / 11:57

ABŞ Dövlət katibinin müavini Bakıda şəhidlərin xatirəsini yad edib

Bu gün ABŞ Dövlət katibinin müavini Allison Huker Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Tezadlar.aqz xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Allison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. “Dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd olunub.
Şəhidlərimizə Allahdan rəhmət olsun!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!