Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Məxfi Xidməti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Alyaskanın ən böyük şəhəri Ankoricdə 6 otaqlı ev kirayələyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“ABŞ Məxfi Xidməti mənimlə əlaqə saxladı və mülklərimdən hər hansı birinin mövcud olub-olmadığını soruşdu. Alyaskanın niyə belə bir şey üçün cəlbedici yer olacağını başa düşürəm, bilirsiniz, tarixi baxımdan. Amma bu, şübhəsiz ki, məni təəccübləndirdi”, – rieltor Larry Disbrow qəzetə deyib.
Donald Tramp avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb. O, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib və daha sonra ətraflı məlumat verəcəyini vəd edib.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib ki, Ukrayna münaqişəsinin davam etdirilməsində maraqlı olan bir sıra ölkələr Putinlə Trampın görüşünü pozmağa cəhd edə bilərlər.
O da məlum olub ki, Avropa ölkələri Ağ Ev rəhbərinin Rusiya lideri ilə görüşündən əvvəl onunla danışıqlar təşkil etməyə çalışırlar.
Həmçinin, Serbiya lideri Aleksandar Vucic Putin və Trampa uğurlu görüş arzulayıb, lakin danışıqların Ukraynada tezliklə sülhə gətirib çıxaracağına şübhə etdiyini bildirib.
E.ŞİRİNOV