ABŞ ordusu İranın bölgədəki iki ABŞ hərbi gəmisini hədəf aldıqdan sonra İnqilab Keşikçilərinə məxsus üç İran tankerini məhv etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu açıqlamanı ABŞ-da yerləşən bir şirkətin sosial media hesabı vasitəsilə verib.
CENTCOM İran İnqilab Keşikçiləri Korpusunun regional sularda patrul xidməti göstərən iki ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisinə ballistik raketlər atdıqdan sonra üç İran xam neft tankerini hədəf aldığını bildirib.
Məlumatda ABŞ gəmilərinin İran hücumundan “uğurla xilas olduğu” və CENTCOM-un Qarq adası yaxınlığında iki İran xam neft tankerini sıradan çıxardığı və Oman körfəzində başqa bir İran tankerini məhv etdiyi qeyd edilib.
Məlumatda CENTCOM komandanı admiral Bred Kuperin lazım gələrsə, İranın məhdud və həssas neft donanmasını məhv etməkdən çəkinməyəcəklərini dediyi və əlavə edildiyi kimi, “İran İnqilab Keşikçilərinə mesajımız aydındır: gəmilərimə atəş açsanız, daha yüksək iqtisadi bədəl ödəyəcəksiniz.”
ELBAR







