İrana hücumlarla bağlı mətbuata məlumatların sızmasından sonra ABŞ Birgə Qərargah Rəisləri Komitəsindən təxminən 50 yüksək rütbəli şəxsin “yalan detektoru (poliqraf)” testlərindən keçirildiyi iddia edilib.
Tezadlar.az xəbər verir ki, “New York Times” qəzetinə danışan rəsmilər İrana davam edən hücumlarla bağlı məlumatların sızması ilə bağlı iddialar irəli sürüblər.
Rəsmilər iddia ediblər ki, hücumlar səbəbindən ABŞ ordusu üçün sursat çatışmazlığı ilə bağlı məlumat mətbuata sızdırıldıqdan sonra Birgə Qərargah Rəisləri Komitəsindən təxminən 50 yüksək rütbəli şəxsin poliqraf testlərindən keçib.
Rəsmilər poliqraf testinin keçən ay həm mülki, həm də hərbi personal üzərində aparıldığını və testdən keçənlərdən mətbuata məxfi məlumatları açıqlayıb-açıqlamadıqları barədə sorğu-sual edildiyini bildiriblər.
Pentaqon sözçüsü Şon Parnell məsələ ilə bağlı şərh verməkdən imtina edib, lakin milli təhlükəsizliklə bağlı məxfi məlumatların sızmasının “son dərəcə ciddi” qəbul edildiyini bildirib.
Son həftələrdə ABŞ mediası tez-tez İrana qarşı davam edən hücumlar səbəbindən ABŞ ordusunun sursat çatışmazlığı ilə üzləşdiyini bildirib.
ELBAR







