Əsas məzmuna keç

ABŞ Hörmüz boğazındakı minaların tamamilə təmizləndiyini elan etdi

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper Hörmüz boğazındakı minaların tamamilə təmizləndiyini elan edib.

Tezadlar.az xəbər verir ki, video komandanlığın sosial media səhifəsində yayımlanıb.

Zabit ABŞ qüvvələrinin bir neçə ay əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beynəlxalq ticarət yolları boyunca yerləşdirdiyi dəniz minalarını təmizlədiyini aydınlaşdırıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla danışıqlar aparmaq istəmədiyini bildirmişdi. Amerika lideri əlavə edib ki, Hörmüz boğazı açıqdır. O, Vaşinqtonun boğaza və blokadaya nəzarət etdiyini bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…