ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusunun hədəflərinə qarşı başladılan hücum dalğasının tamamlandığını elan edib.
Tezadlar.az xəbər verir ki, CENTCOM sosial media hesabında İran İnqilab Keşikçiləri Korpusunun hədəflərinə qarşı başladılan hücumlarla bağlı açıqlama verib.
Hücum dalğasının tamamlandığını elan edən açıqlamada hava hücumundan müdafiə qurğularının, radar sistemlərinin, dəniz elementlərinin, mina yerləşdirmə imkanlarının və rabitə qurğularının hədəf alındığı qeyd edilib.
Məlumatda həmçinin Yaxın Şərqdə 50.000-dən çox ABŞ hərbi qulluqçusunun fəaliyyət göstərdiyi qeyd edilib.
CENTCOM İnqilab Keşikçiləri Korpusunun hədəflərinə qarşı hücumların İranın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ heyətinə “hücum cəhdi” etdiyi əsas gətirilərək başladığını açıqlayıb.
ELBAR







