Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqına qarşı siyasətinin son onilliklərdə ən radikal icmalını aparır.
Tezadlar.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığı kimi, bu, soyuq müharibədən bəri transatlantik münasibətlər üçün ən sərt formata gətirib çıxara bilər.
“Tramp uzun müddətdir davam edən ABŞ siyasətindən imtina edir və Qərbi xəritələşdirilməmiş əraziyə salır”, – nəşr bildirib.
Ağ Ev iddia edir ki, Vaşinqton Avropa institutlarına qarşı kəskin şəkildə artan tənqidlərə baxmayaraq, “Qərbi gücləndirmək və Avropanı yenidən yoluna qoymaq” niyyətindədir.
Aİ nümayəndələri öz növbələrində Vaşinqtonun tənqidini rədd edərək, bunun əsasən ABŞ-ın kommersiya maraqlarından qaynaqlandığına inanırlar. Avropada Tramp administrasiyası getdikcə ticarət rəqibi kimi qəbul edilir və islahatlara ehtiyac və Vaşinqtondan asılılığı azaltmaq barədə müzakirələri gücləndirir.
Avropa Mərkəzi Bankının (AMB) keçmiş prezidenti Mario Draqi də daxil olmaqla, bir çox Avropa siyasətçisi Aİ-ni daha dərin inteqrasiya yolu ilə region iqtisadiyyatını dirçəltmək üçün əsas vasitə kimi görür. Onlar blokun iqtisadi gücünün onun müdafiə qabiliyyətinin və NATO-dakı rolunun təməli olaraq qaldığını vurğulayırlar. Aİ ölkələri artıq hərbi xərcləri artırmaq və Ukraynanı dəstəkləməyin maliyyə yükünün əsas hissəsini öz üzərlərinə götürmək barədə razılığa gəliblər.
10 dekabrda “The New York Times” qəzeti etiraf etdi ki, Ukrayna ilə bağlı fikir ayrılıqları səbəbindən ABŞ Avropa İttifaqına düşmən gücə çevrilib.
E.ŞİRİNOV