İran Hörmüz boğazını ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada tam aradan qaldırılana qədər bağladığını açıqlayıb. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bəyanatda qeyd olunur ki, bu qərar ABŞ-ın atəşkəs razılaşmasını pozaraq İran gəmiləri və limanlarına qarşı dəniz blokadasını aradan qaldırmaması səbəbindən qəbul edilib. SEPAH həmçinin vurğulayıb ki, Hörmüz boğazına yaxınlaşan istənilən gəmi düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək.
ABŞ- ın blokadası götürülməyənədək Hörmüz boğazı açılmayacaq- SEPAH TRAMPA SƏSLƏNDİ






