Əsas məzmuna keç

ABŞ-IN DÖVLƏT DEPARTAMENTİ QARABAĞ SEPARATÇILARININ QONDARMA SEÇKİSİNİ RƏDD ETDİ

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller bildirib. Sitat: “Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”. 

Miller, həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…