Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın nüvə obyektlərinə hücumu İranı nüvə proqramının beynəlxalq monitorinqini dayandırmağa və bomba hazırlamağı düşünməyə vadar edə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Nəşrin məlumatına görə, Amerika tərəfinin bəyanatlarına baxmayaraq, proqram tam məhv edilməyib.
“Birləşmiş Ştatlara hücumlar indi qaçılmazdır və ABŞ-ın zərbələrinin vurduğu zərərin miqyasına əsaslanaraq, sürətli və çox səviyyəli olacaq, – Xarici Əlaqələr üzrə Avropa Şurasının (ECFR) Yaxın Şərq və Şimali Afrika proqramının direktor müavini Elli Geranmaie bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın bütün nüvə obyektlərinin məhv edildiyini açıqlamışdı. Onun sözlərinə görə, onlara böyük ziyan dəyib.
E.ŞİRİNOV