Əsas məzmuna keç

ABŞ-ın İrana qarşı 4 günlük hərbi əməliyyatında itkiləri 3,7 milyard dollar olub!

ABŞ İrana qarşı hərbi əməliyyatların ilk 100 saatında 3,7 milyard dollar itirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, əməliyyatların yeni başladığı günlərdə ABŞ-ın gündəlik maddi itkisi 891,4 milyon dollar həcmində hesablanıb. Hesabatda ABŞ-ın əməliyyatları davam etdirmək üçün daha çox vəsaitə ehtiyac duyacağı qeyd olunub. Bundan sonrakı itkilər nə qədər olacaq, bəlli deyil. Amma Tramp hesab edir ki, müharibə ABŞ-ın qələbəsi ilə başa çatacaq və bütün itkiləri İranın dondurulmuş aktivləri və dini liderin sərvətləri hesabına başğalanacaq.

Hərbi əməliyyatlar isə davam edir.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…