Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Yanvar 2026 / 12:14

ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi üçün təxmini müddətlər açıqlanıb

ABŞ yaxın aylarda Qrenlandiya üzərində faktiki nəzarəti bərqərar edə bilər.

Tezadlar.az bildirir ki, bu barədə Amerikanın “Politico” nəşri məlumat verir.

Qəzetin məlumatına görə, bu, noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilər kontekstində, eləcə də 4 iyulda ölkənin müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə bilər. Nəşrə müsahibə verən ekspertlər və rəsmilər bu təhlükəni real və ciddi adlandırıblar.

Onların fikrincə, ABŞ rəhbərliyinin istifadə edə biləcəyi metodlar Venesuelada istifadə edilən ssenaridən çox güman ki, fərqlənəcək. Ekspertlər hesab edirlər ki, hərbi müdaxilə əvəzinə, Vaşinqton yerli siyasətçilərə təsir etmək üçün maliyyə mexanizmləri də daxil olmaqla siyasi təzyiqə əl ata bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!