10 Fevral 2026 / 17:50

ABŞ-ın vitse-prezidenti Bakıya gəldi…

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Tezadlar.az AzərTAC- a istinadla xəbər verir ki, Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!