ABŞ prezidenti Donald Tramp İranla münaqişənin altıncı ayında Tehrana qarşı böyük bir qələbə qazandıqlarını və danışıqlara tələsmədiklərini desə də, Vaşinqton administrasiyası Yaxın Şərqə yeni bir təyyarədaşıyan gəmi göndərmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişənin altıncı ayına qədəm qoyduğu bir vaxtda Vaşinqtonun Tehrana qarşı böyük bir qələbə qazandığını açıqlayıb.
Sülh danışıqlarına qayıtmaq üçün heç bir zaman qrafiki olmadığını bildirən Tramp prosesin lazım olduğu qədər davam edəcəyini bildirib.
Trampın açıqlamalarından sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə yeni bir təyyarədaşıyan gəmi göndərməyə hazırlaşdığı bildirilib.
USS Theodore Roosevelt təyyarədaşıyan gəmisi hazırda bölgədə fəaliyyət göstərən USS George Washington gəmisini əvəz etmək üçün ən azı yeddi aylıq bir missiya üçün bölgəyə yerləşdiriləcək.
İran mənbələri bildiriblər ki, Omanın vasitəçiliyi ilə Hörmüz boğazında keçid təhlükəsizliyi ilə bağlı danışıqlarda hələlik yekun razılaşma əldə edilməyib.
İran sui-qəsd iddialarını rədd edir
İran Müdafiə Şurasının rəsmisi Möhsün Rzayi ABŞ prezidenti Donald Trampın kiçik oğlu Barron Trampa qarşı sui-qəsd planının həyata keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.
Livanda yerləşən Əl-Manar televiziyasına verdiyi açıqlamada Rzayi bu iddiaların yalan olduğunu söyləyib. Kəşfiyyat xidmətləri əvvəllər İran dövlət televiziyasında yayımlanan Barron Trampı hədəf alan videolardan xəbərdar olduqlarını bildirmişdilər.
Tramp Əl-Cəzirəyə verdiyi müsahibədə İran iqtisadiyyatının çökmək üzrə olduğunu və hiperinflyasiya ilə mübarizə apardığını bildirib.
Hörmüz boğazında tankerə edilən hücumdan sonra dəniz ticarətində fasilələr yarandı və neft qiymətləri düşüb.
ELBAR







