Əsas məzmuna keç

ABŞ İrana yeni hücumun vaxtı barədə Körfəz ölkələrini xəbərdar etdi-TƏCİLİ

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı barədə Fars körfəzi regionunun bir sıra ölkələrini məlumatlandırıb. Tezadlar.az xatırladır ki, “The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqton regiondakı tərəfdaşlarını İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdar edib. Məlumata əsasən, Pentaqon təhlükə altında qala biləcək Yaxın Şərqdəki bəzi hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib. Eyni zamanda regionda yerləşdirilən ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün hücumlara hazırlanır. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə hələlik yekun qərar qəbul etməyib. Bununla belə, mənbələr Trampın seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücum variantına meyilləndiyini bildirirlər. Mümkün əməliyyatların hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektlərinin də ola biləcəyi qeyd olunur.

İran hakimiyyəti bu xəbərdarlıqdan artıq məlumatlı olduğunu bəyan edərək ABŞ və İsrail ordusuna sərt cavab veriləcəyini bildirib.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…