12 Mart 2026 / 08:48

ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək

İran danışıqlar üçün 3 şərt irəli sürdü. Lakin ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun İrana qarşı zərbələri əvvəlki intensivliklə davam etdirəcəyini bildirib. xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib. İrandakı əməliyyatın başa çatdırılması üçün hansı hərbi addımların atılacağı ilə bağlı suala cavab verən ABŞ prezidenti deyib ki, Vaşinqton “indiyədək etdiyindən daha çoxunu edəcək”. ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə daha sərt addımlar ata bilər. “Biz bəzi hədəflərə toxunmuruq. Əgər onları vurmaq istəsək, bu gün, bir saat ərzində məhv edə bilərik”, – deyə Tramp bildirib.

Tramp İranla danışıqların mümkünsüzlüyünü və artıq gec olduğunu neçə gün əvvəldən bəyan etmişdi…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!