Əsas məzmuna keç

ABŞ İranın maliyyə şəbəkəsini hədəfə aldı

ABŞ Maliyyə Nazirliyi İrana ehtimal olunan dəstəyinə görə “Banque Misr UAE”-nin ABŞ maliyyə institutlarının müxbir bank xidmətlərinə çıxışdan məhrum edilməsi proseduruna başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Müvafiq tədbir ABŞ-nin Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən “Economic Outcast” (“İqtisadi sürgün”) əməliyyatı çərçivəsində təklif edilib. Qayda təsdiqlənəcəyi təqdirdə, “Banque Misr UAE” ABŞ-də müxbir bank xidmətlərindən istifadə etmək imkanından məhrum olacaq.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Bank Melli Dubai”nin idarəçisi Rza Məhəmməd Taidiyə, eləcə də Honkonqda qeydiyyatdan keçmiş bir şirkətə qarşı sanksiyalar tətbiq edib. ABŞ qurumunun məlumatına görə, həmin şirkət “sanksiyalar altında olan İran valyuta dəyişmə məntəqəsinin maraqları naminə vəsaitlərin yuyulmasına” köməklik göstərib.

ABŞ-nin maliyyə naziri Skott Bessent qərarı şərh edərək vurğulayıb ki, Vaşinqton “təkcə Tehranın deyil, həm də ona dəstək verənlərin Amerika dollarına və qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq” niyyətindədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…