Ötən gün ABŞ ordusu cümə axşamı günü İranın Qəşm limanına və Bəndər Abbasa zərbələr endirib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, yüksək vəzifəli ABŞ rəsmi belə bir məlumat yayıb. Məlumata görə zərbələr müharibənin yenidən başlaması və ya 7 apreldə elan edilən atəşkəsə son qoyulması demək deyil.
Bu arada məlum olur ki, İran donanması da ABŞ gəmilərinə hücum edib.







