Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın ali rəhbərliyi İslam Respublikasının nüvə obyektlərinə zərbələrdən sonra İranın zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürə biləcəyindən xəbərsizdir.
Tezadlar.az bildirir ki, bu barədə “The New York Times” (NYT) məlumat verib.
Məlumata görə, nə ABŞ-ın vitse-prezidenti J.D.Vens, nə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranının yeri barədə heç nə bilmir. Nəşr hesab edir ki, eyni zamanda, İranın nüvə infrastrukturuna zərbələr onun inkişafını 2-5 il geridə qoya bilərdi.
Xəbər verdiyimiz kimi, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri İranda üç nüvə obyektinə – Fordo, Natanz və İsfahanda uğurla hücum edib. O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İsrail iyunun 13-dən İranın nüvə proqramını hədəf alan əməliyyat çərçivəsində İrana gündəlik zərbələr endirir.
E.ŞİRİNOV