ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məxfilikdən çıxarılan materialları açıqlayıb.
“ABŞ prezidenti Donald Trampın 17 mart 2025-ci il tarixli sərəncamına uyğun olaraq, prezident Con Kennedinin qətli ilə bağlı sənədlər toplusunun bir hissəsi olan əvvəllər məxfiləşdirilmiş bütün sənədlər dərc edilib”.
Tezadlar.az xəbər verir ki, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.
Qeyd olunur ki, 18 mart 2025-ci il tarixindən etibarən ABŞ Milli Arxivlər və Qeydlər İdarəsində materiallara onlayn və ya kağız, yaxud analoq daşıyıcılarda daxil olmaq olar.Həmçinin qeyd edilir ki, qeydlər rəqəmsallaşdırılmağa davam edir və hazır olduqdan sonra administrasiyanın internet saytında dərc olunacaq.
Hazırda orada dərc edilmiş 1123 PDF faylı var.
Xatırladaq ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Texasa seçki kampaniyası zamanı Dallasda sui-qəsd nəticəsində öldürülüb.
Cinayəti araşdırmaq üçün yaradılan rəsmi komissiya, sui-qəsdin təkbaşına hərəkət edən Li Harvi Osvaldın işi olduğu və geniş yayılmış sui-qəsd olmadığı qənaətinə gəlib. Komissiyanın qənaətinə görə, atəş Dallasın mərkəzi meydanında yerləşən məktəb dərslikləri anbarının altıncı mərtəbəsindən atılıb. Orada teleskopik nişanlı tüfəng və işlənmiş gilizlər aşkar edilib.
ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin məlumatına görə, Kennedinin sui-qəsd fayllarından təxminən 5 milyon səhifəlik materialın 99%-i məxfilikdən çıxarılıb.
JASMİN