Əsas məzmuna keç

ABŞ MKİ direktorunun Moskvaya səfəri nə deməkdir?

Amerika kəşfiyyat agentliyi olan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliffin Moskvaya gözlənilməz səfərinin nəticələrinin müzakirəsi davam edir. ABŞ prezidenti Donald Tramp səfərlə bağlı suallara “Rusiya NATO ərazisinə hücum etməyəcək” deyərək cavab verib. Bəs səfər zamanı təfərrüatları tam açıqlanmayan dəqiq nə baş verib?

Tezadlar.az təfərrüatları təqdim edir…

TRAMPIN DİQQƏTÇƏKƏN BƏYANATI

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi direktoru Con Retkliffin Rusiyaya mübahisəli gözlənilməz səfərini şərh edib.

Əlavə şərh verməkdən yayınan Tramp “Rusiya NATO-ya hücum etməyəcək” deyib.

MOSKVADA NƏ MÜZAKİRƏ OLUNDU?

Bəs illər sonra baş tutan Mərkəzi Kəşfiyyat İdarəsinin səfəri zamanı dəqiq nə baş verib və nələr müzakirə edilib?

Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri Tramp administrasiyasının uzun müddətdən sonra Rusiyaya ilk yüksək səviyyəli səfəridir.

2021-ci ildə o vaxtkı Mərkəzi Kəşfiyyat İdarəsi direktoru Uilyam Börns Rusiya prezidenti Vladimir Putini Ukraynaya tammiqyaslı hücum barədə xəbərdar etmişdi, lakin Rusiya üç ay sonra Ukraynaya hücum edib.

NATO VƏ İRAN MÜZAKİRƏ MASASINDA İDİ

Mənbələrə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi NATO və İranı masaya gətirib. Məlumata görə, Ratkliff Moskvaya səfəri zamanı Rusiyanı NATO ərazisinə hücum etməmək barədə xəbərdar edib və Rusiyanı İrana iqtisadi və hərbi dəstəyi kəsməyə təşviq edib.

Amerika və Avropa rəsmiləri narahatdırlar ki, Ukraynadakı həll olunmamış münaqişə səbəbindən Putin Moskvanın qonşularından birinə qarşı məhdud müdaxilə ilə NATO-nu sınağa çəkə bilər.

Kəşfiyyat mənbələrinə görə, mümkün ssenari Rusiyanın Estoniya, Latviya və Litva kimi Baltikyanı ölkələrdən birini və ya Polşanı hədəf alaraq gərginliyi artıra bilər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…