Əsas məzmuna keç

ABŞ NATO-NUN UKRAYNAYA YARDIMININ ARTIRILMASINA İCAZƏ VERİB

Cəbhədəki ciddi problemlərə görə Ukraynanın NATO-nun köməyinə ehtiyacı ola bilər.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatla Norveç Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Metyu Blekbern çıxış edib.

O vurğulayıb ki, hazırda cəbhədə vəziyyət durğun deyil, – “The National Interest” xəbər verir.

Blekbern etiraf edib ki, Kiyevin məğlubiyyətinin qarşısını almaq üçün tezliklə NATO-nun yeni müdaxiləsi tələb oluna bilər.

Mütəxəssis alyansın Ukraynaya həqiqətən kömək edə biləcək potensial hərəkətlərini sadalamayıb.

Əvvəllər bildirilirdi ki, demokratlar və respublikaçılar arasında ümumi rəy olmadığı üçün ABŞ hakimiyyəti Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gəlmək üçün bir aydan çox vaxt apara bilər.

Eyni zamanda, “Express”in məlumatına görə, Amerikanın keçmiş lideri Donald Tramp ştatların prezidenti postuna qayıdarsa, Kiyevlə əməliyyatlar dayandırılacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…