Əsas məzmuna keç

ABŞ-nin İordaniyadakı bazası İranın hava hücumuna məruz qalıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Larak adasına dron hücumuna raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verib. Tezadlar.az CNN- Türk- ə istinadən xəbər verir ki, ABŞ-nin İordaniyadakı “Müvəffəq Salti” bazası atəşə tutulub. sitat: “Düşmənin texniki və təmir infrastrukturları, eləcə də qırıcılarının yerləşdiyi Məlik Hüseyn və Əl-Əzrəq adlı iki aviabazası darmadağın edilib”.

ABŞ ordusunun komandanlığı İranın bu addımına sərt cavab veriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ İranın Hörmüz boğazındakı təsirini sıfırlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…