Əsas məzmuna keç

ABŞ-nin Ukrayna ilə işinin məqsədi açıqlandı

ABŞ Dövlət Departamenti Ukraynada təlim keçmiş muzdlular vasitəsilə Latın Amerikası narkotik kartellərinə dron bacarıqlarının ötürülməsinin qarşısını almaq üçün ukraynalı həmkarları ilə işləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, kartellərin dronlardan artan istifadəsi Vaşinqtonun ölkəyə narkotik qaçaqmalçılığı ilə mübarizə səylərini çətinləşdirir. Qeyd olunur ki, cinayətkar qruplar getdikcə Ukrayna münaqişəsi zamanı təcrübə qazanmış muzdlulara üz tuturlar.

Qəzet aydınlaşdırır ki, son illərdə Meksika kartelləri Ukraynadan qayıdan döyüşçüləri getdikcə daha çox işə götürür və üzvlərini ora təlim üçün göndərməyə çalışırlar. Kiyev tərəfində döyüşən adı açıqlanmayan kolumbiyalı muzdlulardan biri bildirib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən idarə olunan Xersonda təxminən yüz kolumbiyalı ola bilər.

Dövlət Departamenti bildirib ki, “döyüş meydanı bacarıqlarının ötürülməsi riskini azaltmaq üçün tədbirlər görmək” məqsədilə Amerika hüquq-mühafizə orqanları və Ukraynadakı həmkarları ilə işləyir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…