Əsas məzmuna keç

ABŞ Nümayəndələr Palatasının üzvü: ABŞ İsraillə əlbirliyinə son qoymalıdır

ABŞ Nümayəndələr Palatasının Fələstin-Amerika üzvü Rəşidə Tlaib ABŞ administrasiyasını İsrailin Qəzzaya hücumlarında “əlbirliyinə” son qoymağa çağırıb.

Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Tlaib İsrailin Qəzzada uşaq bağçasına hücumuna reaksiya verib.

Tlaib paylaşımında “Soyqırım davam edir. Heç vaxt atəşkəs olmayıb” deyib.

İsrailin hücumlarının əsas yükünün uşaqların daşıdığını vurğulayan Tlaib əlavə edib: “Uşaqlar Amerika istehsalı olan bombalar tərəfindən öldürülür və sağ qalanlar əbədi olaraq travma alırlar”.

Tlaib ABŞ administrasiyasını “İsrailin etnik təmizləmə hərəkətlərində əlbir olmağı dayandırmağa” çağırıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…