Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Yanvar 2026 / 23:10

ABŞ ordusu Avropaya daşındı

ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “San” nəşri yazıb.

Nəşrin məlumatına görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının C-17 Globemaster təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford Hava Bazasına eniş edib.

“Bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin hərəkətlərinə oxşayır.

Qırıcı təyyarələrin geniş etirazlarla üzləşən Əli Xameneini izlədiyinə inanılır. 160-cı alay adətən yüksək dəyərli hədəflərə qarşı sürətli və yüksək riskli missiyalar həyata keçirir”, – nəşr əlavə edib.

Qeyd edək ki, İranda iqtisadi vəziyyətə görə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-nin çox sərt cavab verəcəyi barədə İran hökumətinə iki dəfə sərt xəbərdarlıq edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!