9 Avqust 2025 / 08:52

ABŞ polisi CDC ofisinə hücum nəticəsində həlak olub

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) ofisinə hücum nəticəsində bir polis məmuru həlak olub.

Atlantada Emori Universitetinin kampusunda atışma baş verib.

Tezadlar.az xəbər verir ki, səlahiyyətlilərin məlumatına görə, atəş açan şəxs də ölüb.

Polis hücumçunun ya xəstə olduğunu və ya xəstə olduğunu düşündüyünü və xəstəliyini COVID-19 peyvəndi ilə əlaqələndirdiyini güman edir.

DeKalb İlçe Polis Departamentinin press-relizində öldürülən şəxsin 33 yaşlı zabit David Rose olduğu bildirilir.

Yaralı zabit yaxınlıqdakı Emori Universiteti Xəstəxanasına çatdırılıb və orada dünyasını dəyişib. Mərhumun iki övladı və hamilə həyat yoldaşı qalıb.

CDC əməkdaşı silahlı şəxsin agentliyin qərargahına yaxınlaşdığını və binaya atəş açdığını gördüyünü deyib.

“AP” xəbər verir ki, yaxınlıqdakı supermarketin işçiləri atəş səslərini eşidib və özlərini içəri bağlayıblar. “Bir-birinin ardınca atəş səslənirdi” deyib şahid.

FTX-nin məlumatına görə, hücum edən şəxs avtomat silahlardan dörd binaya atəş açıb. Onun yanında bir neçə növ silah olub: iki tapança, bir tüfəng və bir ov tüfəngi. Hücum edən şəxsin üzü cərrahi maska ilə gizlədilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!