25 İyul 2025 / 14:41

ABŞ Polşaya milyard dollarlıq hərbi kredit ayırıb

ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Polşaya 4 milyard dollar hərbi kredit ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatından məlum olub.

“Baş nazirin müavini Vladislav Kosiniak-Kamış Amerika Birləşmiş Ştatlarının Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Polşaya kredit zəmanətlərinin ayrılması haqqında saziş imzalayıb”, – deyə məlumatda bildirilir.

Kosiniak-Kamışın sözlərinə görə, Varşava ABŞ-ın hərbi kredit proqramından ən çox faydalanan ölkəyə çevrilib. O qeyd edib ki, kredit vəsaitləri Polşa silahlı qüvvələrinin modernləşdirilməsinə sərf olunacaq.

Bundan əvvəl Polşanın şikayəti ABŞ prezidenti Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemləri vermək qərarına təsir edib. Varşavanın Vaşinqtona şikayət etdiyi və hava hücumundan müdafiə vasitələrinin tədarükünü bərpa etməyə çağırdığı qeyd edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!