Əsas məzmuna keç

ABŞ Prezidenti Tramp İranın sonda “təslim olacağını” iddia edir

ABŞ Prezidenti Donald Tramp İranın sonda təslim olacağını iddia edib və son bir neçə həftədə Hörmüz boğazından “daha çox neft” daşıdığını bildirib.

Tezadlar.az xəbər verir ki, Prezident Tramp Ağ Evdə texnologiya və süni intellekt şirkətlərinin nümayəndələri ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb.

Sual-cavab sessiyasının bir hissəsində Tramp İran məsələsinə münasibət bildirərək Tehranın “yaxşı vəziyyətdə olmadığını” iddia edib.

İranın təslim olacağı və ya güzəştə gedəcəyi soruşulduqda, ABŞ Prezidenti “Hələ təslim olub-olmayacağını bilmirəm, amma sonda təslim olacaqlar. Amma onların vəziyyəti çox pisdir” cavabını verib.

ABŞ-nin Şimali Koreyanın nüvə silahı əldə etməsinə qarşı niyə danışmadığı sualına Tramp “Bilirsiniz niyə? Çünki o vaxt başqası prezident idi və onlar onları dayandıra bilərdilər” cavabını verib.

Özünü Şimali Koreya lideri Kim Çen Inın “yaxşı dostu” adlandıran Tramp “Demək olar ki, onun sevdiyi yeganə insan mənəm və mən də onu sevirəm” deyib.

“Hörmüz boğazından çoxlu miqdarda neft keçir”

Digər tərəfdən, bir suala cavab olaraq Tramp bildirib ki, onlar son vaxtlar Hörmüz boğazından çox əhəmiyyətli miqdarda neftin keçməsinə kömək ediblər.

Tramp deyib: “Bilirsiniz, son bir neçə gündə Hörmüz boğazından tarixin heç bir dövründə olmayan daha çox neft çıxarmışıq”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…