12 Avqust 2025 / 08:11

ABŞ Putin-Tramp görüşü günü Ankoric şəhəri üzərində səmanı bağlayacaq

Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşünün keçiriləcəyi zaman ABŞ Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bildirişində deyilir.

Bildirilir ki, “VİP-in hərəkəti” səbəbindən səma 48,3 km radiusda və 5,5 km yüksəklikdə bağlanacaq. Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.

Tramp avqustun 8-də bildirib ki, o, avqustun 15-də Alyaskada Putinlə görüşməyi planlaşdırır. Sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!