12 Avqust 2025 / 11:46

ABŞ Qəzzaya humanitar yardım aparan təyyarələr göndərməkdən imtina edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Qəzza zolağına humanitar yardımla hərbi təyyarələr göndərməyəcək.

Tezadlar.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Prezident Tramp Qəzzədəki fələstinlilərə kömək etmək üçün yaradıcı həllər tapmağa çağırıb. Biz Qəzza xalqını ərzaqla təmin etmək üçün istənilən effektiv səyləri alqışlayırıq, lakin onun HƏMAS-ın əlinə keçməsinə imkan verməyəcəyik”, – Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, Ağ Ev humanitar yardımla hava dəhlizlərinin təşkilini mənasız və səmərəsiz hesab edir.

Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü zamanı ABŞ-ın Fələstini tanımağı planlaşdırmadığını və Fələstinin HƏMAS hərəkatının məhv edilməli olduğuna inandığını bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!