Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ müttəfiqləri beynəlxalq qüvvələrin HƏMAS-ı silahsızlaşdırmaq üçün hərbi əməliyyatlarda iştirak etməli olacağından çəkinirlər…
***
Tezadlar.az The Wall Street Journal (WSJ) qəzetinə istinadən xəbər verir ki, Vaşinqton hələlik Qəzza zolağına beynəlxalq sülhməramlı koalisiya yaratmaq üçün qoşunların yerləşdirilməsi ilə bağlı heç bir ölkə ilə razılığa gələ bilməyib.
ABŞ Dövlət Departamenti əvvəllər müxtəlif hökumətlərə təxminən 70 sorğu göndərmişdi, lakin Vaşinqton hələlik qoşunların yerləşdirilməsi ilə bağlı müsbət cavab almayıb.
Nəşri qeyd edir ki, ABŞ müttəfiqləri beynəlxalq qüvvələrin HƏMAS-ı silahsızlaşdırmaq üçün hərbi əməliyyatlarda iştirak etməli olacağından çəkinirlər.
Yaxın Şərq ölkələri missiya üçün maliyyələşdirmə danışıqları aparır və 19 ölkə də təşəbbüsü müəyyən dərəcədə dəstəkləmək istədiklərini bildirirlər.
The Wall Street Journal qəzetinin məlumatına görə, gələn həftə Qətərdə keçiriləcək danışıqlar zamanı 25 ölkədən nümayəndə heyəti sülhməramlı missiyanın həyata keçirilməsini müzakirə edəcək.
JASMİN