3 Mart 2026 / 09:30

ABŞ qoşunları İrana yeridilə bilər- BÖLGƏNİ NƏ GÖZLƏYİR?

Gözlənildiyi kimi, ABŞ Prezidenti Donald Tramp İrana Amerika qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etmədiyini bildirib. Tezadlar.az CNN- Türk-ün canlı efirinə istinadla xəbər verir ki, bu barədə “The New York Post” qəzetinə müsahibəsində Tramp belə danışıb. Sitat:  “Mən “quru qoşunları olmayacaq” deyən prezidentlərdən deyiləm. Mən bunu demirəm. Deyirəm ki, yəqin ki, buna ehtiyac olmayacaq. Amma əgər ehtiyac olarsa…”.

Bununla belə, İrandakı mövcud, yəni sağ qalan hakimiyyət komandası ABŞ- la danışıqlara hazır kimi görünür. Lakin bəzi məlumatlara görə, dini liderlərdən bu danışıqlara getməməyi ortaya atanlar da var. Müharibə isə bütün Yaxın Şərqi əhatə etməkdədir!

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!