ABŞ Raul Kastro barəsində həbs orderi verib… Bunun ardınca Rusiya ABŞ-ın Kubanın keçmiş prezidenti Raul Kastronun həbsi barədə order verməsini qınayıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Sitat: “30 ildən çox vaxt keçdikdən sonra əsassız, uydurma ittihamın irəli sürülməsi Mayamidəki anti-Kuba lobbisinin qisasından, iyun ayında 95 yaşını qeyd edən Raul Kastro ilə hesablaşmaq istəyindən başqa bir şey deyil”. Rusiya XİN-nin bəyanatında bildirilib ki, Amerika embarqosu səbəbindən çətin günlər yaşayan Kubada vəziyyətin daha da gərginləşməsi adada sosial iğtişaşlar, kubalıların regiondakı ölkələrə kütləvi köçü və bu ölkələrdə böhran riskini yaradır.
Qeyd: Kastro dörd qətl, iki təyyarənin məhv edilməsi və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsddə ittiham olunur. Bu ittihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən mühacir təşkilatına məxsus iki təyyarəni vurduğu hadisə ilə əlaqəli ola bilər.
ABŞ rəsmiləri isə Rusiyanın bu bəyanatına reaksiya verməyib.
A.Məmmədli







