13 Avqust 2025 / 10:34

ABŞ rəsmiləri Putinin ABŞ-a gəlmək razılığından məmnun qalıblar – CNN

Ağ Evdəki ABŞ rəsmiləri Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün ABŞ-a gəlməyə razılıq verməsindən məmnun və eyni zamanda təəccübləniblər.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Alyaskanın rəsmiləri və iri sahibkarları da sammitin onların ştatında keçiriləcəyini gözləmirdilər. Görüş yeri açıqlandıqdan sonra onlar Trampın ətrafına onlarla qalmaq təklifləri ilə yaxınlaşmağa başlayıblar.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hesab edir ki, sammitin keçiriləcəyi yerin yekun seçimi Rusiya tərəfi üçün də uğurludur. “Putin üçün Alyaskadan daha yaxşı yeganə yer görüşün Moskvada keçirilməsidir. Ona görə də mən hesab edirəm ki, ilkin vəziyyət Putin üçün böyük qələbədir”, – o, CNN-ə deyib.

Avqustun 8-də Tramp deyib ki, o, Putinlə avqustun 15-də Alyaskada görüşə ümid edir. Sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!