Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Qərbin sanksiyalarına məharətlə müqavimət göstərir.
Bu barədə polkovnik Duqlas Makqreqor Pentaqonun sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz sanksiyalarla Rusiyaya zərər vurmağa çalışsaq da, o, Qərbə qarşı məharətlə maliyyə müharibəsi aparır”, – deyə keçmiş müşavir yazıb.
Polkovnik qeyd edib ki, bütün BRİKS konsepsiyası bunu istəyən ölkələri ABŞ-ın nəzarətindən çıxarmağa yönəlib. O, hazırda bir çox insanın Amerika hegemonluğundan əl çəkmək istədiyinə də aydınlıq gətirib.
Bundan əvvəl Makqreqor Rusiya-Ukrayna münaqişəsinin nəticəsi barədə danışıb. Onun sözlərinə görə, Kiyev və ABŞ Rusiya ilə qarşıdurmada fəlakətli məğlubiyyətlə üzləşəcək.
E.ŞİRİNOV